Səbət
Ara toplam: 0.00 ₼

Dəniz kənarı ilə qaçan Alabaş

TEZLİKLƏ
Books Icon

Dəniz kənarı ilə qaçan Alabaş

Qırğız yazıçısı Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan Alabaş” əsəri ilk dəfə 1977-ci ildə nəşr olunub. Əsər dünya ədəbiyyatının məşhur nümunələrindəndir. Povestdə dənizə balıq ovuna çıxan 11 yaşlı uşaq, atası, atasının əmisi oğlu və babasının başına gələn faciə qələmə alınıb.

Dənizin ortasında, yeməksiz, susuz qalmış, sıx dumana düşərək yolunu itirmiş bir qayıqda 4 nəfərin üzləşdiyi ağır vəziyyəti təsəvvür edirsinizmi? Bəlkə də, fikirləşirsiniz ki, bu, adi həyat hadisəsidir. Çingiz Aytmatov faciəvi vəziyyətdən xilas olmaq ümidini itirən balıqçıların qəlbinə, iç dünyalarına səyahətə çıxaraq adi və faciəvi həyat hadisəsi əsasında dünya klassik ədəbiyyatının şedevrlərindən birini yaradıb. 

11 yaşlı Kiriskin babası Orqan, atasının əmisi oğlu Mılğun və atası Əmrаyin içməli suyun qurtarmaq üzrə olduğunu bilib növbələri çatanda su payını içmir, gecə düşəndə özlərini qayıqdan atırlar – Kiriskin yaşaması üçün. Həyatın ən böyük sınağı olan ölümlə üzləşən qayıqdakıların özlərini deyil, uşağı, yəni gələcəyi düşünməsi, bilirsinizmi, nədir? İnsanlığın mahiyyəti. Yazıçının böyüklüyü isə insanların fədakarlığını bütün çalarları ilə təsvir etməyindədir. Bəs kiçik çəlləkdəki sonuncu su qurtumunu içən Kiriskin başına nə gəlir? Yəqin ki, bu əsəri oxuduqdan sonra dünyaya başqa gözlə baxacaqsınız...
  • 164 səhifə
  • Yaş Kateqoriyası: 10+
  • Yumşaq üz qabığı
  • Ölçü: 126x190
  • ISBN: 9789952563979
  • Qiymət : 6.90 AZN
  • Müəllif: Çingiz Aytmatov
  • İllüstrator: Amil Quliyev
6.90