Səbət
Ara toplam: 0.00 ₼

Ağ gəmi

TEZLİKLƏ
Books Icon

Ağ gəmi

Çingiz Aytmatovun digər məşhur əsərləri kimi bu povestinin də adı qəhrəmanların arzusu ilə bağlıdır. “Ağ gəmi” yeddi 7 yaşlı oğlanın çatmaq istədiyi arzudur... Nədənsə hamı öz arzusuna yetə bilmir, nədənsə arzuya doğru yürüş haradasa yarımçıq kəsilir. 

Yazıçı dağın ətəyində, çayın sahilində yerləşən, cəmi 7-8 nəfərin yaşadığı dağ kəndində baş verənləri detallı şəkildə təsvir etməklə yanaşı, insanların iç dünyasına enir, daxili həyəcanlarını, düşüncələrini qələmə alır. Yazıçı həyata 7 yaşlı oğlanın gözü ilə baxmağa çalışır. Əsərdəki mənfi qəhrəman – Orozqul get-gedə qəddarlaşır, zülmkara çevrilir. Şaxtalı gündə nəvəsini atla məktəbdən gətirən Mömin babanı o qədər sıxışdırır ki, baba meşədəki Buynuzlu ana maralı öz əli ilə ovlayır. Gözlərində əfsanələşmiş Buynuzlu ana maralın ölümünü görən nəvə isə dəli kimi axan, suları buz kimi kəsən dağ çayının sahilinə gəlir...” Ağ gəmi”yə doğru yol yarımçıq kəsilir.
  • 212 səhifə
  • Yaş Kateqoriyası: 10+
  • Yumşaq üz qabığı
  • Ölçü: 126x190
  • ISBN: 9789952540697
  • Qiymət : 6.90 AZN
  • Müəllif: Çingiz Aytmatov
6.90