Səbət
Ara toplam:0.00 ₼

Kibritsatan qız

TEZLİKLƏ
Books Icon

Kibritsatan qız
20 sehrli nağıl

XIX əsrdə yaşayıb-yaratmış Danimarka yazıçısı Hans Xristian Andersen həyatı – öz həyatını, başqalarının həyatını nağıllara köçürə bilib, nağıllaşdırıb. Bu nağılların dili yüyrəkdir, bütün hadisələr bir anda cərəyan edir, yüz illərin, bəlkə də, min illərin həqiqətləri bir cümləyə, bəzən isə bir ifadəyə sığır. Dil-dil, el-el hər aləmi gəzib-dolaşan nağılların qəhrəmanları ya xeyirin, ya da şərin nümayəndələridir, əksəriyyəti isə bu mübarizənin şahidləridir.

Bu nağıllarda ədalət, düzgünlük, cəsarət, igidlik təbliğ edilir, insanı öz əsirinə çevirən, bağlılıq yaradan hisslər, hadisələr, təhlükələr haqqında xəbərdarlıq olunur... Həyat oxucuya sehrli, qorxulu, ecazkar, gülməli, sevimli nağılların dili ilə öyrədilir.

Bu nağılları sürətlə və həvəslə oxuyub başa vurmaq isə su içmək kimi bir işdir...

  • 248 səhifə
  • Əlavə: 20 sehrli nağıl
  • Yaş Kateqoriyası: Klassik əsər sevənlər üçün
  • Yumşaq üz qabığı
  • Ölçü: 126x190
  • ISBN: 9789952563757
  • Qiymət : 5.90 AZN
  • Müəllif: Hans Xristian Andersen
  • İllüstrator: Aişə Məhərrəmova
5.90