Səbət
Ara toplam: 0.00 ₼

Çingiz Aytmatov

Çingiz Aytmatov

Qırğız yazıçısı Çingiz Aytmatov (1928–2008) həyatı keşməkeşli keçib. Cəmi 10 yaşı olanda atası Törekul Aytmatov sovet repressiyasının qurbanı olub. Çingizi anası – milliyyətcə tatar olan teatr aktrisası Nagima Aytmatova böyüdüb. İkinci Dünya müharibəsində kişilərin çoxu cəbhəyə getdiyindən 15 yaşlı Çingiz Talas vadisində Şəkər kənd sovetinin katibi təyin edilib. O, Cambul şəhər zootexnikumunda, Bişkek Kənd Təsərrüfatı İnstitutunda oxuyub. Yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almasına icazə verilib. 

Yazıçının “Çətin keçid” (1956), “Üz-üzə” (1957), “Cəmilə” (1958), “İlk müəllimim” (1962), “Dağlar və çöllərdən nağıllar” (1963), “Ana tarla” (1963), “Əlvida, Gülsarı!” (1966), “Ağ gəmi” (1970), “Gün var əsrə bərabər” (1980), “Ana tarla”, “Çingiz xanın ağ buludu”, “Dəniz kənarı ilə qaçan Alabaş” (1977), “Qırğız çobanı”, “Edam kötüyü”, “Köşək gözü”, “Qırmızı yaylıqlı qovağım mənim” kimi əsərləri oxucular arasında geniş əks-səda doğurub.

Aytmatov keçmiş SSRİ Ali Sovetinin deputatı, Yazıçılar İttifaqı katibliyinin üzvü, “Xarici ədəbiyyat” jurnalının baş redaktoru olub. O, 1990–1994-cü illərdə SSRİ-nin və Rusiyanın, sonradan Qırğızıstanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb.