Səbət
Ara toplam: 0.00 ₼

Xoşbəxt Şahzadə

TEZLİKLƏ
Books Icon

Xoşbəxt Şahzadə

Uşaqlar mələkləri görüblər. Xoşbəxt Şahzadə isə mələyə bənzəyir, amma o ağlayır. Heç şahzadə də ağlayar?! Oskar Vayldın nağıllarını oxuyanda biləcəksiniz ki, Xoşbəxt Şahzadənin hər iki gözünü kim çıxardır və kim Şahzadənin zirehindəki qızıl pulcuqları sökür. Bu haqda danışmaq çox çətindir. Özünüz qorxmadan, səbirlə kitabı oxuyun. Bəs ən böyük sirrin nə olduğunu bilirsiniz? Əgər bilmirsinizsə, diqqətli olun, çünki Xoşbəxt Şahzadə bu sirrin üstünü açır. Onu da biləcəksiniz ki, səsi ilə hamını heyran edən Bülbül, zəhmətkeş balaca Hans niyə həlak olurlar. Yeddi il sonra evinə dönən Xudbin Nəhəng isə bağında uşaqların oynadığını görüb qəzəblənir. Kənddə hamı qorxu içində yaşayır. Amma bir gün görünməmiş hadisə baş verir... Hələ bu harasıdır?! Nə sirləri öyrənəcəksiniz! Amma lovğa Fişəngin başına gələnlər lap gülməlidir...

  • 108 səhifə
  • Yaş Kateqoriyası: 11 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • Ölçü: 126x190
  • ISBN: 9789952540987
  • Qiymət : 4.90 AZN
  • Müəllif: Oskar Vayld
  • İllüstrator: Nuranə Tahirova
4.90