Səbət
0
Ara toplam: 0.00 ₼

Aşıq Ələsgər. Sarı köynək

TEZLİKLƏ
Books Icon

Aşıq Ələsgər. Sarı köynək

Kitab Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə çapa hazırlanıb.

Azərbaycan aşıq sənətinin, aşıq poeziyasının tarixində şərəfli yer tutan dahi şəxsiyyətlərdən biri də Aşıq Ələsgərdir. O, fitri qabiliyyəti sayəsində yaratdığı sənət incilərində özünəməxsus bədii boyalarla ifadə etdiyi ümumbəşəri fikirləri ilə bu müqəddəs sənətin zirvəsində dayanır. Aşıq Ələsgər gözəllik aşiqidir. Gözəllikdən zövq almaq duyğusu ömrünün sonuna qədər onu tərk etməmişdir. O, təbiət gözəlliklərinin vurğunu, vətənini, elini sonsuz məhəbbətlə sevən əsl xalq aşığıdır. Aşıq Ələsgərin yaratdığı sənət inciləri ilə vətənin “qüdrətdən səngərli, qalalı dağlar”ından Azərbaycan aşıq poeziyasına bir ucalıq, qıjıltı ilə axan çaylarından bir coşqunluq, dumduru bulaqlarından bir şəffaflıq, “saatda yüz çiçək açan” səfalı yaylaqlarından dinləyicini məst edən bir ətir cərəyanı gəlir. Dostluq insanın ən nəcib insani keyfiyyətlərindən biridir. Aşıq dostluqdan söhbət açarkən səmimi dostluğu, təmənnasız dostluğu nəzərdə tutur. Dədə Ələsgərin yaradıcılığı bir kitaba sığmaz.

10.90