Səbət
Ara toplam: 0.00 ₼

Könlüm Qarabağdadır

TEZLİKLƏ
Books Icon

Könlüm Qarabağdadır

“Könlüm Qarabağdadır” kitabında Azərbaycan uşaq ədəbiyyatının istedadlı nümayəndələrindən olan Teymur Elçinin uşaqların müxtəlif yaş dövrləri üçün nəzərdə tutulmuş əsərləri toplanmışdır. Uşaq şeirləri, cizgi filmi üçün yazılmış ssenari, nəğmələr, tapmacalar, yanıltmaclar və başqa bu kimi janrları əhatə edən örnəklər kitabda konkret başlıqlar altında sistemləşdirilmiş, folklordan müxtəlif istiqamətlərdə bəhrələnmə yolu ilə yaradılan nümunələrə xüsusilə diqqət yetirilmişdir. Klassiklər səviyyəsinə yüksəlmiş şаirin əsərləri хаlq ədəbiyyаtı ilə qırılmаz tellərlə bаğlıdır. Şаir fоlklоrdаn – хüsusilə nаğıllаrdаn, lаylаlаrdаn, tаpmаcа və yаnıltmаclаrdаn ustаlıqlа istifаdə edərək həmin jаnrlаrdа çoxlu əsərlər yаrаdıb. “Teymur müəllim çox işıqlı bir insan idi, ziyalı bir insan idi və hamımızın xatirələrində də o cür ziyalı kimi, o cür işıqlı insan kimi, xalqına bağlı olan, onun mədəniyyətini, onun ədəbiyyatını, onun dilini yaşatmaq istəyən, onların qayğısına qalan insan kimi yadda qalıb”, – Anar, Xalq yazıçısı “Teymur Elçin çох istedаdlı, müаsir rus və Аvrоpа uşаq ədəbiyyаtının ən yeni ənənələrini mənimsəmiş və bizim ədəbiyyаtımızа gətirmiş bir sənətkаrdır. Оnun şeirlərini təkcə uşаqlаr deyil, həmçinin böyüklər də mаrаqlа охuyurlаr”, – Zahid Xəlil, filologiya elmləri doktoru, professor

  • Yaş Kateqoriyası: 8 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 356 (ağ-qara) səhifə
  • Ölçü: 126x190 mm
  • ISBN: 9789952311563
  • Qiymət : 8.50 AZN
  • Müəllif: Teymur Elçin
  • İllüstrator: Mərziyə Tağıyeva
8.50