Səbət
Ara toplam: 0.00 ₼

Hər günə bir sual

TEZLİKLƏ
Books Icon

Hər günə bir sual

Yazıçı Mürşüd İsmayılzadənin “Hər günə bir sual” kitabı oxucuların məntiqi biliklərini inkişaf etdirir, genişləndirir, müxtəlif yaş qruplarına aid uşaqlar sual-cavab yolu ilə maraqlı müzakirəyə qoşulurlar.

Yəqin ki, evdə, məktəbdə “məntiqli ol” iradı ilə üzləşmisiniz. Bəs bilirsiniz, məntiqli olmağın ən vacib şərtlərindən biri nədir? Bilikli olmaq! Bilikli olmaq üçün oxumaq, öyrənməklə yanaşı, daim axtarışda olmaq və mütaliə etmək lazımdır. Unutmayın ki, axtarışlar nəticəsində yeni biliklər qazanmaq səbir və zəhmət tələb edir. Bilik qazanmağın, məntiqli olmağın yollarından biri isə müxtəlif suallara cavab tapmaqdır.

Elə bu kitabda da oxucuların məntiqi biliklərini zənginləşdirmək üçün 366 sual verilir. Yəni il ərzində hər günə bir sual! Müəllif həm sual, həm də cavabları ilə oxucunu məntiqi tora salır. Bu məntiq labirintindən çıxmaq elə də asan deyil. Bir də baxırsan ki, sənə çətin görünən sualın cavabı çox asan imiş, ya da sənə asan görünən sualda qat-qat suallar gizlənir. Amma hər gün bir sualı cavablandırmaqla, məntiqinizi işə salmaqla siz dərin düşüncəli, geniş dünyagörüşlü olursunuz, çoxlu biliklər əldə edirsiniz.

Sizə uğurlar!

 

13.90