Səbət
Ara toplam: 0.00 ₼

Aysel Şıxlı

Aysel Şıxlı

Aysel Fərrux qızı Şıxlı 1994-cü ildə Bakıda yazıçı ailəsində dünyaya gəlib. Erkən yaşlarından rəsmlər çəkib və nağıllar yazıb. Peşəkar yazıçılığa 2018-ci ildə “Mənəm, Yusif” hekayəsi ilə başlayıb. İkinci Qarabağ müharibəsinə həsr olunmuş bu əsər “44 fəsil – Payızda gələn bahar hekayələri” kitabında çap edilib.

Aysel Şıxlının ilk romanı olan “Qanadsız mələk” 2021-ci ildə işıq üzü görüb və müəllifə uğur gətirib. Roman çağdaş gənclərin həyatından: dostluqdan, sevgidən, ailə münasibətlərindən bəhs edir. 

“Arzuların səyahəti” adlı bu kitaba gənc yazarın üç əsəri daxil edilib. “Qanadsız mələk” kitabının üz qabığını da, bu kitabın illüstrasiyalarını da müəllif özü hazırlayıb. Bundan başqa, “Qapı arxasında o” və “Hər günə bir sual” kitablarının da illüstrasiyalarını Aysel xanım çəkib.