Yada daşı
Yazıçı Mürşüd İsmayılzadənin “Əjdaha qardaşlığı. Yada daşı” kitabı yeni dövr Azərbaycan ədəbiyyatında macəra janrında yazılmış ən maraqlı əsərlərdən biridir. Kitab 200 illik sirr düyününün necə açılmasından bəhs edir.
1836-cı ildə Qarabağda baş verən hadisənin əks-sədasının bu günümüzə gəlib çatacağını təsəvvür edirsinizmi? Müdrik bir dərvişin tapşırığı ilə yola düşən dostlar Quruçay dərəsindəki Azıx mağarasına gəlib çıxırlar. Mağarada iribuynuzlu heyvanın kəllə sümüyünün içindən dairəvi, hamar, sarımtıl rəngli daş tapırlar: sirli-soraqlı Yada daşı. Birdən mağaranın dərinliklərindən dəhşətli nərilti səsi eşidilir...
...Hadisələr 1995-ci ildə bir heykəltaraşın İsmayıllı meşəsində nəhəng ayının hücumuna məruz qalması ilə canlanır...
Kimsəsiz heykəltaraş... bahalı boyunbağı... qeydlərlə dolu bloknot... bitməyən təhlükələr... “Əjdaha qardaşlığı”nın subterritlərlə mübarizəsi... dost sifətindəki düşmənlər...
- 160 səhifə
- Yaş Kateqoriyası: 12 yaşından yuxarı şagirdlər üçün
- Yumşaq üz qabığı
- Ölçü: 145x210
- ISBN: 9789952573718
- Qiymət : 6.90 AZN
-
Müəllif:
Mürşüd İsmayılzadə
-
İllüstrator:
Amil Quliyev