Arzulardakı mavi təyyarə
Azərbaycan Hava Yollarının xüsusi sifarişi və dəstəyi ilə hazırlanmışdır
Babası ad günündə Azərə gözəl bir hədiyyə verir. Uzun illər Azərbaycan Hava Yollarında pilot işləmiş babanın hədiyyəsi həm öz sənətinə, həm də Azərin arzularına uyğun idi. Təyyarə maketi! Axı Azər də babası kimi pilot olub göyləri fəth etmək istəyirdi. Azər maketi Aviasiya Akademiyasında təhsil alan böyük qardaşı Muradın köməyi ilə qurur. Eyni zamanda babasının və Muradın təyyarələr haqqında verdiyi maraqlı məlumatlara qulaq asır. Sən demə, təyyarənin quruluşu quşlardan, ultrasəs dalğalarını əks etdirməsi yarasalardan, quyruq hissəsi isə balıqlardan götürülübmüş! Səkkiz yaş Azər üçün çox əlamətdar olur. Çünki o həm ilk təyyarəsini hədiyyə alır, həm də həyatında ilk dəfə təyyarəyə minib Bakıdan Qarabağa səyahət edir! Rahat və təhlükəsiz səyahət Azərin qərarını daha da qətiləşdirir. Bəli, o böyüyəndə pilot olacaq!
Əziz oxucular, siz də Azər kimi xəyallarınızın ardınca gedin! İnanırıq ki, bu kitab sizi ruhlandıracaq. Ən əsası, arzulamaqdan və xəyal qurmaqdan çəkinməyin. Qanadlı xəyallar istənilən arzunu yerinə yetirməyə qadirdir. Hətta sizi səmaya çıxarmağa da...
- 80 səhifə
- Yaş Kateqoriyası: Universal
- Bərk üz qabığı
- Ölçü: 150X220
- ISBN: 9789952599824
-
Müəllif:
Mürşüd İsmayılzadə
-
İllüstrator:
Amil Quliyev