Səbət
Ara toplam:0.00 ₼

Gözəl Bahar

TEZLİKLƏ
Books Icon

Gözəl Bahar

Azərbaycan ədəbiyyatı tarixində şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınan Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçərək ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır ki, həmin əsərlər məktəblərdə indi də tədris edilir. "Gözəl Bahar" kitabında onun uşaqlar və gənclər üçün yazdığı əsərləri- pyesləri toplanıb.

"Şaiq kimdir? İyirmi ildən bəridir ki, bütün Azərbaycan gəncliyi pək gözəl tanıyır. Əvət, hər kəscə: o, çalışqan və təcrübəli bir alim, həssas, nazik bir şair, xüluq səmimi bir insandır. Fəqət məncə: O, gözəçarpan bir çox ulduzlu varlıqlardan daha böyük, daha möhtərəmdir,"
- Hüseyn Cavid, yazıçı-dramaturq

"Əgər Şaiq olmasaydı, " Milli qiraətimiz" yox idi. "Müntəxabat" nəşr olunmamışdı, "Ədəbiyyat " dərsliyindən məhrum idik. Türk çələngini görməmiş, Türk ədəbiyyatını eşitməmişdik. Əgər bu kitablar olmasaydı, məktəblərimiz yoxsul, müəllimlərimiz yalavac qalmışdı. Sözün qısası: onun varlığındakı əhəmiyyətli layiqilə idrak edə bilmək üçün bircə dəqiqəlik yoxluğunu düşünməli!"
- Qafur Əfəndizadə, ədəbiyyatşünas, alim

  • Yaş Kateqoriyası: 7 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 396(ağ-qara) səhifə
  • Ölçü: 126x190
  • ISBN: 9789952311549
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Abdulla Şaiq
  • İllüstrator: Aida Əmirova
8.40