Səbət
Ara toplam: 0.00 ₼

Tıq-tıq xanım

TEZLİKLƏ
Books Icon

Tıq-tıq xanım

Azərbaycan ədəbiyyatı tarixində şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınan Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçərək ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır ki, həmin əsərlər məktəblərdə indi də tədris edilir. "Tıq-tıq xanım" kitabında onun uşaqlar üçün yazdığı əsərləri- lirik şeirləri, mənzum nağılları və poemaları toplanıb.

"Abdulla Şaiq lirik nəsrimizin təməl daşını qoymuşdur,"
- Mehdi Hüseyn, Xalq yazıçısı

"Xalqını nəcib bir oğul qəlbi ilə sevən sənətkar öz xalqının ürəyində əbədi yaşayacaqdır,"
- Süleyman Rüstəm, Xalq şairi

  • Yaş Kateqoriyası: 7 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 228(ağ-qara) səhifə
  • Ölçü: 126x190mm
  • ISBN: 9789952311266
  • Qiymət : 7.00 AZN
  • Müəllif: Abdulla Şaiq
  • İllüstrator: Aida Əmirova
7.00