Qayıqda üç kişi (iti saymasaq)

Qayıqda üç kişi (iti saymasaq)
Qayıqda üç kişi (iti saymasaq)

Cerom K.Ceromun "Qayıqda üç kişi" povesti orijinaldan dilimizə tərcümə olunaraq, ilk dəfə nəşr olunan əsərlərindəndir. O, incə yumor hissi ilə qələmə alındığından Qərb ədəbiyyatının məzəli, əyləncəli xarakter daşıyan əsərləri içərisində ən böyük oxucu auditoriyası qazanıb.
Povest səyahətə çıxan üç dostun yol sərgüzəştlərinə - üzləşdikləri "qəzavü-qədər"in təsvirinə həsr edilib. Qəhrəmanların özünün də dediyi kimi, axına qarşı üzmək kimi bir xarakterə sahibliyindən doğan inadkarlıq yolboyu onları maraqlı vəziyyətlərlə qarşılaşdırır, eyni zamanda darıxmağa qoymur.

Məzəliliyi ilə yanaşı, müəllifinin dediyi kimi, həm də özündə "dəyişməz, sarsılmaz həqiqət daşıması"nın diqqət çəkməsi əsəri ciddi ədəbiyyatdan heç də geri qoymayan amildir.

"Zarafat dolu inadkarlıq", "dostluq" anlayışları kitabboyu rəngarəng tonlarla vurğulanır. Əsər yalnız uşaq və yeniyetmələr deyil, müxtəlif yaş kateqoriyalarına aid oxucular üçün nəzərdə tutulub.

Yaş Kateqoriyası: 14 yaşından yuxarı
Yumşaq üz qabığı
224 səhifə
ISBN: 978-9952-494-83-9
Müəllif: Cerom K. Cerom
İllüstrator: Ruhulla Həsənzadə
Əlavə: İngilis dilindən tərcümə
Müəllifin kitabları

Velosipeddə üç kişi

Bu kategoriyaya aid kitablar

Yasəmənim

Sehrbazın bacısı oğlu

Oliver Tvistin macəraları