Səbət
Ara toplam: 0.00 ₼

"Əziz diş həkimində" kitabı təqdim olundu

17.12.2023

Dr. Günel Əliyevanın uşaqlar üçün qələmə aldığı "Əziz diş həkimində" kitabının təqdimatı və imza günü keçirildi.

Kitab haqqında məlumat verən müəllif bu sahədə maariflənmənin önəmindən danışdı. İllüstrasiyalarla zəngin kitab uşaqlar və valideynlər tərəfindən maraqla qarşılandı. Sonda oxucular üçün kitablar imzalandı və xatirə fotoları çəkdirildi.

 

Kitab haqqında:

Heç dişinin çəkilməsindən qorxmayan uşaq haqqında eşitmisinizmi? Bəlkə də, fikirləşəcəksiniz ki, belə uşaq ola bilməz. Elə deyil! Səhər tezdən dişinin ağrısından yuxudan oyanan Əzizin şişmiş üzü valideynlərini narahat edir. Atası onu öz iş yerinə aparmağa razı salır, dişi ağrıyan uşaq isə atasının və anasının iş yerini görməyə həvəslə razı olur. Başqa vaxt dəcəllik edib müxtəlif bəhanələr uyduran Əziz stomatoloq atasının onun dişini çəkməsindən qorxmur. Bilirsiniz, niyə? Çünki valideynləri heç zaman onu diş çəkilməsi ilə qorxutmurlar. Əziz isə bilir ki, bir az ağrısa da, çürük dişin çəkilməsi onun sağlamlığı üçün vacibdir. O, klinikada qəribə xüsusiyyətlər, oxşarlıqlar tapır, dişlərinin köpəkbalığının dişlərinə oxşadığını, ikicərgəli olduğunu öyrənir. Əslində, bütün uşaqların dişləri köpəkbalığının dişlərinə oxşayır. Bunu bilirdinizmi?