Səbət
Ara toplam: 0.00 ₼

Məktəb şagirdlərinə töhfə

TEZLİKLƏ
Books Icon

Məktəb şagirdlərinə töhfə

Artıq ikinci əsrdir ki, dahi satirik şair Mirzə Ələkbər Sabirin əsərləri sevilərək oxunur, köhnəlmir, əksinə gündən günə yenilənir, hər zamanla ayaqlaşır. Bu əsərlərdə cəmiyyətin bəlaları, insanların tərəqqisinə əngəl olan səbəblər, problemlər satira dili ilə ifşa olunur. Şairin yaradıcılığında uşaqlara həsr olunmuş şeirləri də xüsusi yer tutur və bütün nəşrlərdə onun "uşaqlara hədiyyə"si kimi təqdim edilir. "Məktəb şagirdlərinə töhfə" adlandırdığımız bu kitabda şairin dillər əzbəri olan uşaq şeirləri ilə yanaşı , ən məşhur satiraları, hekayəsi, bəzi məqalələri, qələm yoldaşı Abbas Səhhətə yazdığı iki məktubu və məktəb dərsliklərində adı şəkilən bütün əsərləri toplanıb. Kitab şagirdlər, tələbələr və müəllimlər üçün nəzərdə tutulub.

"Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət qazanmışdır",
- İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

"Hophopnamə"nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da. Zamanında heç bir şair özünü böyük Sabir qədər xalqa sevdirməmişdir",
- Abdulla Şaiq, şair, yazıçı, publisist.

7.00