Kiçik qəhrəman

TEZLİKLƏ
Books Icon

Kiçik qəhrəman

Azərbaycan ədəbiyyatı tarixində şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınan Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçərək ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır ki, həmin əsərlər məktəblərdə indi də tədris edilir. "Kiçik qəhrəman" kitabında onun uşaqlar və gənclər üçün yazdığı əsərləri- hekayələri və təmsilləri toplanıb.

"Abdulla Şaiqin çoxşaxəli fəaliyyətinin böyük bir qismi Azərbaycanda maarifçiliyin müxtəlif sahələri ilə bağlı olmuşdur. Ali və orta təhsil məktəbləri üçün onlarla dərsliyin müəllifi olmuş Abdulla Şaiqin uzunmüddətli pedaqoji fəaliyyəti milli təhsilimizin yeni mərhələyə yüksəlişində mühüm rol oynamışdır,"
- Heydər Əliyev, ümummilli lider

"Abdulla Şaiq Azərbaycanda uşaq ədəbiyyatının əsasını qoymuşdur. O, uşaq əsərləri ilə yeni nəsillərə dil açmağı, göz açmağı, həyatı, insanları tanımağı, sevməyi öyrədirdi..."
- Mikayıl Rzaquluzadə, nasir-şair

  • Yaş Kateqoriyası: 10 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 228(ağ-qara) səhifə
  • Ölçü: 126x190mm
  • ISBN: 978-9952-311-55-6
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Abdulla Şaiq
  • İllüstrator: Aida Əmirova
8.40