TEZLİKLƏ
Fındıq meşəsi şəhərciyində yaşayan cəsur dostlar
Fındıq meşəsi – dünyadakı ən dadlı fındıqların yetişdiyi xüsusi bir meşə şəhərciyidir. Burada heyvanlar və quşlar sülh və əmin-amanlıq şəraitində yaşayır, əylənir, təhsil alır, bir-birinin qayğısına qalır, bəzən isə dalaşır, nə qədər cəsarətli olduqlarını sınayır və ən əsası – qorxularını dəf edirlər.
Məhz buna görə onlara “balaca cəsurlar” deyirlər. Onlarla tanış olan hər uşaq özünü bu qəhrəmanlardan hansınasa oxşada, həmçinin onların başına gələnlərə baxıb özünü onun yerinə qoyaraq dərs götürə bilər.
Əgər siz qaranlıqdan, hündürlükdən, oddan, həkimdən və ya məktəbdən qorxursunuzsa, narahat olmayın – bu kitabın qəhrəmanları sizə qorxuların öhdəsindən necə gəlməyi öyrədəcəklər.
Hər hekayəni oxuyandan sonra isə Bayquşun Məsləhət qutusuna baxmağı unutmayın: o qutuda həm uşaqlar, həm valideynlər, həm də arzularını həyata keçirmək üçün cəsarətə ehtiyacı olan hər kəsə uyğun sehrli reseptlər və gözəl məsləhətlər var.
- 112 səhifə
- Yaş Kateqoriyası: Universal
- Yumşaq üz qabığı
- Ölçü: 215x285
- ISBN: 9789952599800
- Qiymət : 12.90 AZN
-
Müəllif:
Yekaterina Yeğoruşkina