Səbət
Ara toplam:0.00 ₼

Vida

TEZLİKLƏ
Books Icon

Vida
Səmada uçuşan 45 məktub

Heç səmaya baxmısınızmı? Şəhid atalar mehribancasına balalarına nəzər yetirirlər. Şəhid uşaqlar isə öz ata-analarına baxırlar. Heç zaman səmaya baxmağı unutmayın! Bu kitabda göylərə yazılan Vida məktubları toplanıb... Vidalaşmaq çox çətindir, bəzən həyəcandan həmin dəqiqələrdə sözləri qarışdırırsan, yaxud ürək sözünü söyləməyə vaxt çatmır. Hətta vidalaşmağa imkan belə olmur. Vida məktubları həm də yarımçıq həyat hekayələridir, amma bu hekayələr yazıldıqca, yayıldıqca bütövləşir, tamlaşır, yaddaşlara hopur, xatirələrə çevrilir. Ağ qanadlara bənzəyən ümid dolu Vida məktubları səmada quşlar kimi uçuşur. Övladlar bu məktubları üzünə həsrət qaldıqları atalarına ünvanlayıblar. Şəhidlər balalarının məktublarını oxuyub onların halından xəbərdar olurlar. Bəlkə, nə vaxtsa övladlarının yuxusuna girib öz ürək sözlərini çatdıracaqlar. Uşaqlar həmişə yeni bir görüş olacağına inanırlar…

  • 92 səhifə
  • Əlavə: Səmada uçuşan 45 məktub
  • Yaş Kateqoriyası: 10 yaşından yuxarı
  • Bərk üz qabığı
  • Ölçü: 147x215
  • ISBN: 9789952563917
  • Qiymət : 8.90 AZN
  • Müəllif: Nərminə Məmmədzadə
  • İllüstrator: Ruhulla Həsənzadə
8.90