SİMA missiyası
AzInTelecom və Azərbaycan Uşaq Fondunun təşəbbüsü ilə hazırlanmışdır
Bu kitabı ərsəyə gətirməkdə əsas məqsəd ibtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq, onlara internet təhlükəsizliyi və müasir texnologiyalardan düzgün istifadə vərdişlərini aşılamaqdır. Kitabdakı hekayələri oxuyan balaca dostlarımız 3A sinfinin şagirdləri ilə birlikdə “internet”, “onlayn ünsiyyət”, “kibertəhlükəsizlik”, “rəqəmsal imza” və “ağıllı kənd” kimi anlayışlarla tanış olacaqlar. Eyni zamanda, texnologiyadan düzgün və məsuliyyətli şəkildə istifadə etməyi öyrənəcəklər. “Tanışlıq” hekayəsində Əsmər müəllim şagirdlərinə rəqəmsal texnologiyalar barədə onların bilmədiyi məlumatları sadə dillə izah edir. “Gələcəyə səyahət” hekayəsində sinfin Emil, Səbinə və Hikmət adlı şagirdlərinin S.İ.M.A. adlı cihazın köməyi ilə 2065-ci ilə virtual səyahəti təsvir olunur. Üç dost gələcəyin uşaqlarına dostluq, birlik, həmrəylik hisslərini aşılayır, onlara bir vaxtlar valideynlərinin oynadığı müxtəlif oyunları öyrədir. “Ağalı kəndi” hekayəsində isə 3A sinif şagirdləri Bakıdan Ağalı kəndinə səfər edərək öz yaşıdları ilə tanış olurlar. Yolboyu onlar “biometriya”, “rəqəmsal ödənişlər”, “süni intellekt” və s. kimi mövzularda yeni məlumatlar öyrənirlər. Həm maarifləndirici, həm də tərbiyəvi məzmun daşıyan bu kitabda balaca məktəblilərə texnologiyadan yalnız məlumat əldə etmək üçün deyil, həm də cəmiyyətə fayda vermək məqsədilə istifadə etməyin vacibliyi çatdırılır.
- 92 səhifə
- Yaş Kateqoriyası: Universal
- Bərk üz qabığı
- Ölçü: 150x220
- ISBN: 9789952599855
-
Müəllif:
Səid Riad
Zəhra Bədəlbəyli
-
İllüstrator:
Maryam Kiblayeva