Səbət
Ara toplam:0.00 ₼

Dədə Qorqud hekayələri

TEZLİKLƏ
Books Icon

Dədə Qorqud hekayələri
Türk dilindən tərcümə

Türk mədəniyyəti tarixinin mükəmməl əsərlərindən biri olan "Dədə Qorqud" hekayələri XII-XIV əsrlər arasındakı bir zaman kəsiyində Azərbaycanı, Şərqi və Cənub- Şərqi Anadolunu özlərinə yurd yeri seçmiş Oğuzların məişətini, dilini, tarixini, ədəbiyyat və mədəniyyətini əks etdirən dinamik və rəngarəng hekayələrdən ibarətdir.

"Aşıqlar başı" kimi yad edilən Dədə Qorqudun əsl adının Qorqud Ata olduğu məlumdur. Bilikli, təcrübəli və yaşlı olmasına görə ona "Dədə" ləqəbi verildiyi güman edilir. Dədə Qorqud ölkədəki münaqişə və mü- bahisələri sülhlə yoluna qoyur, insanlara yol göstərir. O, müəyyən mənada ictimai quruluşun memarı, Oğuz adət-ənənələrinin ən yaxşı təmsilçisidir.

Hekayələrdə qəhrəmanlıq motivi ön plandadır. Qəhrəmanlarımız heç bir tərəddüd göstərmədən bütün maneələri keçərək istədikləri nəticəyə nail olurlar.

Dürüst olmaq, başqalarının haqqına hörmət göstərmək və haqsızlığa məruz qalanı müdafiə edib zalıma qarşı mübarizə aparmaq hekayələrin əsas xüsusiyyətlərindəndir.

  • Yaş Kateqoriyası: 11 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 176 səhifə
  • Əlavə: Türk dilindən tərcümə
  • ISBN: 9789952494846
  • Qiymət : 12.60 AZN
  • Endirimli qiymət : 8.90 AZN
  • Müəllif: Fatih Durmuş
  • İllüstrator: Fatih Durmuş
8.90