TEZLİKLƏ
Murad, Lalə, bir də Şerlok Holms
Murad, Lalə, bir də Şerlok Holmsla həyəcanlı macəralara hazırsınız?
Əsərin qəhrəmanı kitab oxumağı sevən və kitab personajlarını təxəyyülündə canlandırmaq kimi fantastik istedada malik Muraddır. Murad çox həvəslə gözlədiyi yay tətili çatanda bir az məyus olur. Çünki atası işlərinin çox olduğuna görə onu söz verdiyi dünya səyahətinə apara bilmir, əvəzində nənə-babasının yaşadığı cənnət kimi gözəl Yaşılkəndə aparır. Murad Lalə ilə də orada tanış olur.
Yaşılkəndi isə ağır sınaq gözləyir! İş adamı Fərahim kəndin yüzyaşlı qocaman sakini Cəmil babanın bağının yerində hotel tikdirmək istəyir. Bütün kənd, xüsusən də Murad, Lalə və dostları buna etiraz edirlər. Muradla Lalə dostlarının, qohumlarının və kənd camaatının köməyi ilə Fərahimə qarşı mübarizəyə başlayır. Amma onların başqa köməkçiləri də var. Muradın təxəyyülündəki kitab personajları! Məhz həmin personajlar Murada yol göstərir, dəyərli məsləhətləri ilə kömək edirlər.
Görəsən, qəhrəmanlarımız Cəmil babanın bağını qoruya biləcəklərmi? Bu mübarizədə kim qalib gələcək?
- 480 səhifə
- Yaş Kateqoriyası: Universal
- Yumşaq üz qabığı
- Ölçü: 131x203
- ISBN: 9789952599893
- Qiymət : 10.90 AZN
-
Müəllif:
Tural Sevdimalı
Vüqar Hüseynov