Səbət
Ara toplam: 0.00 ₼

Qeyri-sağlam münasibətlər

TEZLİKLƏ
Books Icon

Qeyri-sağlam münasibətlər

Bu kitab ilk dəfə İspaniyada 2020-cu ildə “Gemser” nəşriyyatı tərəfindən “Unhealthy Relationships” adı ilə nəşr olunub. Cenifer Mur-Malinos və Con Devisin müəllifləri olduğu “Qeyri-sağlam münasibətlər” əsərində öz dostunun başqaları ilə ünsiyyət qurmasından, dostluq etməsindən həddindən çox narahat olan, buna görə də gözlənilməz addımlar atan Nikinin əməllərindən və belə münasibətlərin zərərli təsirindən danışılır.

Dostunuzla münasibətlərə son qoymaq anı gəlib çatıb?

Dostlarınızın sizə yaxşı, yaxud pis təsir edə biləcəyini bilirdiniz? Nə qədər qəribə səslənsə də, elə bir qəribəlik yoxdur. Çox sadə vəziyyətdir. Hər şey münasibətlərdən irəli gəlir. Axı sağlam və qeyri-sağlam münasibətlər var! Bəs yaxşı dost olmaq və yaxşı münasibətlər qurmaq nə deməkdir? “Sağlam münasibətlər qurmaq” sözləri danışıqda, söhbətdə çox asan səslənir, düzdür? Amma bu elə də asan deyil. Məsələn, bəzi şeylər yaxşı başlayır, bir müddət sonra isə yaxşı münasibətlərə zəmin yaradan inam, tarazlıq, bərabərlik hissi yoxa çıxır. Elə bu anda dayanıb çətin qərarı vermək lazım olur. 
Belə bir vəziyyətlə üzləşsəydiniz, siz nə edərdiniz?

MÜNASİBƏTLƏRİN ZƏRƏRLİ OLDUĞUNU NECƏ ANLAMAQ OLAR?

BUNA QARŞI ÇIX!

  • 36 səhifə
  • Yaş Kateqoriyası: Universal
  • Bərk üz qabığı
  • Ölçü: 210x240
  • ISBN: 9789952573701
  • Qiymət : 7.90 AZN
  • Müəllif: Cenifer Mur-Malinos
    Con Devis
7.90