Səbət
Ara toplam: 0.00 ₼

Yay səhəri

TEZLİKLƏ
Books Icon

Yay səhəri

XX əsr Azərbaycan klassiklərindən biri, Abbas Səhhətin "Yay səhəri" kitabında şairin ən məşhur şeirləri, təmsilləri, hekayələri və pyesləri toplanıb. Abbas Səhhət ədəbiyyat və mədəniyyət tariximizə məşhur şair, peşəkar tərcüməçi, uşaq yazıçısı, həkim, görkəmli müəllim və maarif xadimi, tənqidçi və publisist kimi daxil olmuşdur.
A.Səhhətin Azərbaycan maarifi və uşaq ədəbiyyatının inkişafındakı xidmətləri böyükdür. Cavan yaşlarından ömrünün sonuna qədər müəllimlik edən, dərsliklər yaradan şair uşaq və gənclər üçün müxtəlif janrlarda əsərlər yazmış, milli uşaq ədəbiyyatının ən gözəl nümunələrini yaradan klassiklər səviyyəsinə yüksəlmişdir.


"Səhhətin özünəməxsus orijinal yazı manerası vardır. O hər sözü, hər vurğunu yerli-yerində işlətməyi bacaran sənətkardır. Səhhət özünü uşaqlara öyüd-nəsihət verən mürəbbi kimi deyil, yaxın yoldaş, tərbiyəçi kimi təqdim edir. Şair uşağa yanaşmağı bacarır, onun qəlbinə yol tapır. Bunların nəticəsidir ki, Səhhətin şeirləri oxucunu düşündürür, təsirləndirir və ona estetik zövq verir",
- Əbdül Əzizov, ədəbiyyatşünas

"Abbas Səhhətin ədəbi yaradıcılığının mühüm bir sahəsini uşaqlar üçün yazdığı əsərlər təşkil edir. On beş ilə qədər müəllimlik etmiş Səhhət yalnız məktəbdə deyil, ədəbi yaradıcılığında da bir müəllim olmuşdur. Onun uşaq və gənclər üçün yazdığı bir çox lirik şeirlər, səhnə əsərləri və təmsillər təlim-tərbiyə işinə kömək etmişdir,"
-Kamal Talıbzadə, akademik

  • Yaş Kateqoriyası: 11 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 168 (ağ-qara) səhifə
  • Ölçü: 126x190mm
  • ISBN: 9789952311259
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Abbas Səhhət
8.40