Səbət
0
Ara toplam: 0.00 ₼

Anamın kitabı

TEZLİKLƏ
Books Icon

Anamın kitabı

“Yəqin, mühərririn düşməni dostundan çox olacaq, düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil, camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, xanlara, bəylərə, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərririn qiyməti bir qara puldur, o da qəlp. Mən heç bir şeydən, hətta ölümdən də qorxmayıb həqiqəti yazacağam, bir vaxt olar, mənim dostum düşmənimdən çox olar, mən ona əminəm. Fəqət gərək ziyalı cavanlar k.mək versinlər, bu böyüklükdə yükü bir adam götürə bilməz”.

C.Məmmədquluzadə qələm dostu Haqverdiyevə dediyi bu sözlərə həyatı boyu sadiq qaldı, cəsarətlə, çəkinmədən xalqın irəli getməsinə əngəl yaradan, elmin, maarifin qənimi olan yalançı din xadimlərinin, məmurların, hökmlülərin, cəmiyyətdəki bütün eybəcərliklərin üstünə işıq saldı. Qadın haqlarını tapdalayanlar, uşaqların təhsil almaq hüququnu tanımayanlar, təhsil alıb öz dilinə, adət-ənənəsinə yuxarıdan aşağı baxanlar onun qələmi ilə ifşa olundu.

“Cəlil Məmmədquluzadədən çox şey öyrəndiyimə görə özümü xoşbəxt sayıram. Onun nəsr və dram əsərlərindən mən yığcamlıq, dil saflığı, fikir dəqiqliyi öyrənmişəm”.

– Çingiz Aytmatov

  • 332 səhifə
  • Yaş Kateqoriyası: 12 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • Ölçü: 126x190mm
  • ISBN: 9789952599787
  • Qiymət : 9.90 AZN
  • Müəllif: Cəlil Məmmədquluzadə
9.90