Səbət
Ara toplam: 0.00 ₼

Yuliya Kərimova

Yuliya Kərimova

YULİYA KƏRİMOVA ilk hekayəsini azyaşlı oxuculara təqdim edir. Təhsil sahəsində çalışan Yuliya xanım uşaqları dərindən tanıyır, balacaların daxili aləmlərindən, düşüncələrindən xəbərdardır. Onun fikrincə, uşaqlar ilə işləyən hər kəs ilk növbədə onları anlamağa, dinləməyə, gördüklərini görməyə hiss etdiklərini duymağa çalışmalıdır. Uşaqlar üçün təkcə onları əyləndirən və ya məlumatlandıran hekayələr yox, həm də düşündürən, ciddi məsələlərlə əlaqəli suallar yaradan əsərlər yazılmalıdır. Unutmaq olmaz ki, böyüklər kimi uşaqlar da düşünməyi, ziddiyyətləri görməyi, yaxşını-pisi seçməyi, müstəqil şəkildə düşünərək qərar verməyi bacarırlar. Bu hekayədə də Yuliya xanım uşaqları və valideynləri ciddi bir məsələ haqqında düşünməyə çağırır: biz heç əməllərimizə qiymət veririkmi? Bəs, hərəkətlərimizin nəticələri haqqında düşünürükmü?