Səbət
Ara toplam:0.00 ₼

Laymn Frenk Baum

Laymn Frenk Baum

ABŞ yazıçısı Laymn Frenk Baum təhsilinə evdə başlayıb. Peeksil Hərbi Akademiyasına qəbul olunsa da, ürək xəstəliyi səbəbindən məktəbdən çıxıb. Qəzetçi və iş adamı kimi fəaliyyət göstərib, uşaqlar üçün hekayələr yazıb. Hər gecə dörd oğluna nağıl söyləyən Frenk Baum beləcə Doroti adlı qız obrazı yaradaraq onun başına gələnləri “Oz ölkəsinin qəribə sehrbazı” əsərində toplayıb. Frenk Baum Oz sehrbazının çoxsaylı, silsilə hekayələrini yaradıb və bu əsər 14 cilddə yayımlanıb. Bundan başqa, L.F.Baum 41 roman, 83 hekayə, 200-dən çox şeir, 42 ssenari yazıb, əsərləri teatr səhnəsində tamaşaya qoyulub. Ölümündən 20 il sonra – 1939-cu ildə “Oz ölkəsinin qəribə sehrbazı” əsəri əsasında serial çəkilib. Həmin filmdə səslənən “Göy qurşağının üzərində” mahnısı indi də bütün dünyada məşhurdur.