Səbət
Ara toplam: 0.00 ₼

˝Ramiz Rövşən mükafatı˝ müsabiqəsinin nəticələri elan olundu.

29.03.2023

“TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsinin  15 dekabr 2022-ci il tarixində elan etdiyi ˝Ramiz Rövşən mükafatı˝ müsabiqəsinin nəticələri elan olunub və  bu il mart ayının 29-da “Libraff”ın “Park Akademiya” filialında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 

 

1-11-ci sinif şagirdləri arasında keçirilən müsabiqənin şərtlərinə görə, hər bir müraciətçi Ramiz Rövşənin müəllifi olduğu şeirlərdən birini ifa edərək, video formasında göndərməli və bu zaman müsabiqənin müəyyən edilmiş şərtlərini əhatə etməli idi.  Onlayn formada təşkil olunan müsabiqə 3 qrup səviyyəsi (I-IV, V-VIII və IX-XI siniflər) üzrə keçirilirib. Müvafiq olaraq hər qrup arasından 1 qalib seçilib. Müsabiqənin qaliblərinə mükafatları şəxsən Xalq şairi Ramiz Rövşən özü təqdim edib.

 

Hər bir qalibə bu müsabiqə üçün xüsusi dizayn edilmiş ˝Ramiz Rövşən mükafatı˝, ˝LIBRAFF˝dan 200 AZN-lik hədiyyə kartı, diplom və Xalq şairinin kitablarından ibarət hədiyyə dəsti təqdim olunub. Bundan başqa, müsabiqənin münsiflər heyəti tərəfindən seçilən bir neçə nəfər istedadlı qiraətçiyə də həvəsləndirici mükafatlar təqdim olunub.

 

Qeyd edək ki, müsabiqənin məktəblilər arasında keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsildə poeziyaya sevgi aşılamaq, onların qiraət qabiliyyətlərini inkişaf etdirməkdir.