"3 alma" 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "LIBRAFF" ilə birgə ˝Oxuyan uşaq˝ müsabiqəsi elan edir!
Müsabiqə məktəblilər arasında mütaliə, təqdimat hazırlama və yaradıcı təfəkkürün inkişafı məqsədi ilə keçirilir.
Müsabiqənin şərtləri:
• Müsabiqədə 9-16 yaş arası uşaqlar iştirak edə bilər;
• Maksimum 3 dəqiqə olan videotəqdimat ˝Bu kitabdan nə öyrəndim?˝, ˝Qəhrəmanın yerində mən olsa idim, nə edərdim?˝, ˝Əsərin müəllifinə hansı sualı verərdim?˝ sualları əsasında hazırlanmalıdır;
• Müsabiqə çərçivəsində uşaqlar aşağıda adları qeyd olunmuş kitablardan birini oxuyaraq videotəqdimat hazırlamalıdırlar.
1. Kamran Əlioğlu ˝Yalov və And ağacı˝
2. Mürşüd İsmayılzadə ˝Əjdaha qardaşlığı. Şirvanşahların xəzinəsi˝
3. Xülya Cəfərova ˝Külək – Yel kürəsinin şahzadəsi˝
Hazırlanan videotəqdimatları project@libraff.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Videotəqdimat göndərilərkən iştirakçının adı, soyadı, oxuduğu məktəb, sinif və əlaqə nömrəsi mütləq qeyd olunmalıdır.
Münsiflər tərəfindən hər əsər üzrə bir qalib seçiləcək və qaliblərə ˝3 alma˝nın klassik əsərlərindən 10 kitab hədiyyə ediləcək!
Kitabları qaliblər özləri seçəcək.
Müraciət üçün son tarix: 30 iyun 2022-ci il.
Qaliblər 15 iyulda elan ediləcək.
01.06.2022