Səbət
Ara toplam: 0.00 ₼

"3 alma"nın Təhsil üzrə məsləhətçisi Aysel Zahidqızı AzərTac-a "3alma" kitablarının özəlliyindən danışıb

28.03.2016

AzərTac xəbər agentliyi aktual mövzulardan biri olan, uşaq ədəbiyyatı sahəsində mövcud çatışmazlıqlar və yeniliklərindən bəhs edib.

Əsasən rus və ingilis dilində olan uşaq kitabları sırasında öz tərtibatı və keyfiyyəti baxımından seçilən və ana dilində dərc olunan “3alma”  uşaq ədəbiyyatı hazırda bu sahədə bır sıra yeniliklərə imza atıb.

Əsas məqam kitabların xarici dillərdən tərcüməsi zamanı bütün müəllif hüquqlarının alınması, həmçinin kitabların uşaqların yaş həddinə uyğun olaraq bölünməsidir.

Nəşr olunan kitabların keyfiyyətinə üstünlük verən “3alma”  uşaq nəşriyyatı tam beynəlxalq standartlara cavab verərək yeni kitablarla  balacaları sevindirməkdə davam edəcək!

Repotrajın videosunu növbəti linkdən izləyə bilərsiniz:

http://video.azertag.az/video/35793