Çərçivə

Çərçivə
Çərçivə

Ev tapşırığını hazırladığın yerdə FTB-nin direktoru  SMS yazıb səndən kömək istəyir... Neyləyərsən: dərsini oxuyarsan, yoxsa ölkəni xilas edərsən? Sən Florian Beyts olsan, çalışarsan ki, hər ikisinə vaxt tapasan. Florian paytaxt Vaşintqona yenicə köçüb. O özünün  yaratdığı BXFN-dən, yəni Bütün Xırda Faktlar Nəzəriyyəsindən yararlanaraq yeni həqiqətlər üzə çıxarır, həyatın kiçik müəmmalarını açır, ilk dərs günündə hansı partada oturacağını, ən yaxşı yumurta dürməyinin hansı Çin restoranında verildiyini müəyyənləşdirir. Florian bu nəzəriyyəsini dostu Marqaretə də öyrədir və onlar birlikdə dolaşıq bir müəmmanı açırlar. Söhbət Milli İncəsənət Qalereyasında baş vermiş böyük cinayətin açılmasından gedir. İşin içində Şərqi Avropa Liqası deyilən bədnam cinayətkar qrup da var. Görəsən Florian həm cinayət işini açmaqda FTB-yə kömək edə, həm də dərslərini oxuyub çatdıra biləcəkmi? Cinayətkar dəstə ona imkan verəcəkmi? 

Yaş Kateqoriyası: 12 yaşından yuxarı
Yumşaq üz qabığı
256 səhifə
ISBN: 978-9952-532-67-8
Müəllif: Ceyms Ponti
Əlavə: İngilis dilindən tərcümə
Ölçü: 146x216mm
Bu kategoriyaya aid kitablar

Təhlükə oyunu

Cek Templer və Vampirlərin Lordu (Templer seriyasından üçüncü kitab)

İlan sancması