Səbət
Ara toplam: 0.00 ₼

Cek Templer və Qulyabanıların Lordu (Templer seriyasından dördüncü kitab)

TEZLİKLƏ
Books Icon

Cek Templer və Qulyabanıların Lordu (Templer seriyasından dördüncü kitab)
İngilis dilindən tərcümə

Parisdə yerin altındakı əhəngdaşı katakombalarında Vampirlərin lordu ilə yenicə üzləşmiş Cek Templer indiyə qədərki ən çətin tapşırığın ardınca yollanır. Bu dəfə axtardığı Qüds daşı Qulyabanıların lordundadır. Vampir yuvasından tələsik qaçış qrupa baha başa gəlib.
Eva həyatı uğrunda mübarizə aparır. Evanı xilas etməyin yeganə yolu tapşırığı başa çatdırıb bütün daşları tapmaqdan keçir. Bütün daşları toplamaq Ren Lukrenin bəşəriyyətə qarşı başlamağa hazırlaşdığı müharibəni dayandırmaqla bərabər, Evanı da yenidən insane çevirəcək.

Cek Templer və dostları qədim Delfinin xarabalıqlarından Almaniyadakı Qara meşəyə qədər hər yerdə əcinnələrlə, qəribə tapmacalarla və ən qəribə yerlərdə xəyanətlə üzləşməli olurlar. Bütün bunlarla yanaşı dostları həm də Kahinin öncəgörməsi dilxor edir. Kahin bildirir ki, bu tapşırığın sonunda dostlardan ən azı biri öləcək. Ən pisi isə odur ki, dostlar Qulyabanıların lordu Kaedenin dəstə üzvlərinin hamısının ölümü üçün əlindən gələni edəcəyinə əmin olublar.
Lakin onlar Qara Keşikçinin əcinnə ovçularıdır... Və onlar nə olursa-olsun, borclarını yerinə yetirəcəklər.

  • Yaş Kateqoriyası: 14 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 198 səhifə
  • Azərbaycan dilində birinci nəşri
  • Əlavə: İngilis dilindən tərcümə
  • ISBN: 9789952510393
  • Qiymət : 9.80 AZN
  • Müəllif: Ceff Qunhus
  • İllüstrator: Erik Qunhus
9.80