Möcüzə

Möcüzə
Möcüzə

Biçer məktəbinə təzə şagird gəlir. Avqust Pullmen burada 5-ci sinifdə oxumalıdır. Əslində hər bir uşaq özünü təzə məktəbində narahat hiss edir. Əgər Avqustun indiyədək heç vaxt əsl məktəbə getmədiyini nəzərə alsaq, deməli, onun üçün ikiqat çətin olacaq.
Əlbəttə, təzə məktəb təzə dostlar deməkdir. Amma dərd burasındadır ki, Avqustla dostluq etmək istəyən uşaqların sayı o qədər də çox deyil. Çoxu ondan qaçır. Çünki 10 yaşlı bu adi uşağın həddən artıq qeyri-adi sifəti var. Anadan qüsurlu doğulmuş oğlanın üzü qorxunc maskaya oxşayır. Avqustun bu cür sifətlə yaşamasının özü isə sadəcə tibbi möcüzədir.
Fiziki qüsurunu özünə dərd edən, buna görə həyatı cəhənnəmə dönən oğlan qəddar uşaqlarla dolu məktəbdə hansı çətinliklərlə üzləşəcək? Onun məktəbdəki ilk ili necə keçəcək?
Sevgi, iztirab və gülüşlə dolu bu kitabı oxuyanlar bütün suallara orada cavab tapacaq.
Kitab uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub.

Yaş Kateqoriyası: 12 yaşından yuxarı
Yumşaq üz qabığı
360 (ağ-qara) səhifə
ISBN: 978-9952-520-93-4
Format: 131x200mm
Müəllif: Rakel Palasio
Əlavə:

İngilis dilindən tərcümə

Bu kategoriyaya aid kitablar

Cek Templer və Şeytanların Lordu (Templer seriyasından beşinci kitab)

Джек Темплер – Охотник на монстров. Книга первая.

Təhlükə oyunu