Avonli qəsəbəsinin qızı Anni

TEZLİKLƏ
Books Icon

Avonli qəsəbəsinin qızı Anni
İngilis dilindən tərcümə

Qrin Qeyblz malikanəsinin kürən saçlı, xəyalpərəst, çoxdanışan qızı Anni artıq böyüyüb, 17 yaşlı gənc qızdır. İndi Avonli məktəbində dərs deyən Annini yeni macəralar gözləyir. Qəsəbədə də çox şey dəyişib - yeni qonşular, yeni uşaqlar, Marillanın övladlığa götürmək istəmədiyi əkiz yetimlər gənc qızın həyatını daha da rəngarəng edir. Xəyalpərəst Anninin təsadüf nəticəsində tanış olduğu əsrarəngiz xanım Lavendarın qəribə evi, qeyri-adi qulluqçusu və daim yolunu gözlədiyi sirli qonağı qızın diqqətini cəlb edir. Bundan sonra baş verənlər isə əsl nağıla bənzəyir...
Yazıçı Lyusi Montqomerinin "Avonli qəsəbəsinin qızı Anni" əsəri 20-ci əsrin əvvəllərində Kanadanın Şahzadə Eduard adasında baş verən hadisələrdən bəhs edir. İndiyə qədər bütün dünyanın müxtəlif dillərinə tərcümə olunmuş və böyük tirajla satılan bu kitab hələ də oxucular tərəfindən rəğbətlə qarşılanır.

  • Yaş Kateqoriyası: 15 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 344 (ağ-qara) səhifə
  • Format: 126x190mm
  • Əlavə: İngilis dilindən tərcümə
  • ISBN: 978-9952-513-63-9
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Lyusi Moud Montqomeri
  • İllüstrator: Ruhulla Həsənzadə
8.40