Səbət
Ara toplam: 0.00 ₼

Məktəblilərin "Gənc Şerlok"u rəsm müsabiqəsinə start verildi

12.02.2019

 
“3alma” məktəblilər arasında rəsm müsabiqəsini elan edir. Müsabiqədə məktəbli olan hər kəs iştirak edə bilər. Bunun üçün şərtlər çox sadədir:

1. İştirakçının məktəbli olması mütləqdir;
2. İştirakçı “3alma”nın “Gənc  Şerlok”  seriyasına daxil olan 8 kitabdan istənilən birini oxuyub, maraqlı səhnəsinə rəsm çəkməlidir;
3. Kitab haqda  150 sözdən çox olmayaraq təəssüratlarını yazmalıdır; 
4. Rəsm, yazı və şagirdin özü haqda qısa məlumatlar Firudin bəy Köçərli adına Uşaq kitabxanasına göndərilməlidir.

Müsabiqədə qalib gələn ilk 3 yerin sahiblərinə "3alma" müxtəlif məzmunlu kitablar hədiyyə edəcək. Daha dəqiq desək: 

1-ci yerin qalibinə yaşının 2 misli qədər kitab
2-ci yerin qalibinə 14  kitab 
3-cü yerin qalibinə  7  kitab

Qeyd edək ki, Gənc Şerlok seriyası 13 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Rəsmlərin son göndərilmə tarixi 5 aprel, 2019-cu ildir. Göndərilən bütün rəsmlərdə şagird barədə məlumatın (ad, soyad, məktəb, sinif, yaş) olması vacibdir. Əks halda rəsm müsabiqədə iştirak üçün yararla olmayacaq. 

Qaliblər 12 aprel tarixində LİBRAFF-da (Elmlər Akademiyası m/s) keçiriləcək tədbirdə mükafatlandırılacaq. "3 alma"nın səhifəsində tədbir barədə məlumat paylaşılacaq