Səbət
Ara toplam: 0.00 ₼

İnfoqrafika... (hava, ətraf mühit, heyvanlar, əhali )

26.05.2016

Arabir dostlarımızla oturub dünya, əhali, hava, heyvanlar və qeyri bir çox mövzulardan söhbət etsək sözügedən mövzulara dair nə qədər də az məlumata sahib olduğumuzu görə bilərik. Bəzi insanlar bu fikrimlə razılaşmaya və "Xeyr, mən yetərincə məlumata sahibəm" deyə bilər. Lakin bu cür düşünən şəxslər təbii ki, mənim birazdan verəcəyim suallardan xəbərsizdirlər.

Dünyada ən çox istifadə olunan dillər hansılardır və həmin dillərlə bağlı statistik göstəricilər neçədir?
Tullantı nədir? Amerikalıların il ərzində atdığı tullantıların faiz göstəricisi neçədir?
Dünyanın ən uzun beş ilanının uzunluğu nə qədərdir?
Ən böyük həşəratlar hansılardır və onların ölçüsü nə qədərdir?
Dünyada ölçüsünə görə ən böyük dolunun düşdüyü yer haradır?

Bu və bunun kimi bir çox sualın cavabını Kris Oksleyd bizlər üçün araşdırdı. O, hava, əhali, heyvanlar və ətraf mühit haqqında əldə etdiyi ən dəyərli informasiyaları bizlərlə paylaşmaq üçün hər bir mövzuya dair məlumatları ayrıca kitab halında çap etdirdi. Nəticə etibarilə isə "İnfoqrafika" seriyası ərsəyə gəldi .

Belə bir sualınız yarana bilər...
Bəs nəyə görə infoqrafika? İnfoqrafika nə deməkdir?
İnfoqrafika məlumatın şəkillər vasitəsilə oxucuya çatdırılmasıdır.

İlk dəfə 2014-cü ildə Böyük Britaniyanın “Capstone Global Library” nəşriyyatı tərəfindən “Raintree” əmtəə nişanı ilə çap olunan kitablar bugün orijinalına əsasən TEAS Press Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunub və çapa hazırlanıb. İnfoqrafika seriyasından olan kitablarda hər şeyi öyrənməyə can atan oxucular üçün yaşlarına uyğun olaraq rəngarəng, maraqlı, oyunlarla dolu informasiya qrafikləri əks olunub. Həm öyrədən, həm əyləndirən, həm də riyazi qavrayışınızın formalaşmasına təkan göstərən kitablarımızda bir sıra movzulara toxunulur. Siz “Hava haqqında infoqrafika” kitabını oxuyarkən yağış , dolu, qar, günəş, külək və havanın dəyişməsi, “Heyvanlar haqqında infoqrafika” kitabından heyvanların qidalanması, ölçüsü və yaşayışı, “Əhali haqqında infoqrafika” kitabından dünya əhalisinin dili, dini, yaşı, cins tərkibi və coğrafi yaşayış yeri, “Ətraf mühit haqqında infoqrafika” kitabından isə su sərfi, elektrik enerjisinə qənaət, təkrar istifadə və tullantılar haqqında ətraflı məlumatlar əldə edə bilərsiniz .

Son olaraq nəzərinizə çatdırım ki, bundan öncəki bir çox kitabımızda olduğu kimi “İnfoqrafika“ seriyasına daxil olan hər bir kitabın sonunda da “İzahlı lüğət” və “İndeks” öz yerini alır.