Yerlilər
Müəlliflərin Ali Planetlərarası Şuraya təqdim olunan hesabatı necə əldə etdiyini bilmirik. Agentlik 5 milyard ildir ki, kainatdakı ağıllı həyat haqqında məlumat toplayır. Hesabata ilk dəfə olaraq kainatın ucqarlarında qərar tutan bir planet və onun çox da gözə girməyən sakinləri – Yerlilər haqqında məlumatlar daxil edilib.
Yerlilər kimdir?
Planetlərarası Tədqiqat Ekspedisiyası onların görünüşü, quruluşu, davranışı və planetə təsiri haqqında faktlar toplayıb. Yadplanetlilər mühakimə və təhlil etmir, sadəcə, faktları təqdim edirlər. Yerlilər haqqında faktlar Yerliləri təəccübləndirə bilərmi? Görəsən, yadplanetlilər bu hesabatı bizə qəsdən göndəriblər? Bu kitab müxtəliflik, tolerantlıq və Yer kürəsinin gələcəyi barədə düşünməyə ehtiyac olduğunu bildirən xəbərdarlıqdır.
- 76 səhifə
- Yaş Kateqoriyası: Universal
- Yumşaq üz qabığı
- Ölçü: 234x297
- ISBN: 9789952599794
- Qiymət : 11.90 AZN
-
Müəllif:
Eva Solar
Robert Çayka