Ulduzsayan. Düz dünya
Ulduzları seyrə nə var?!
Ya sayrışanda arzu tutmağa?
Ulduzları saymaq isə... Bax, bu cəsarət istəyir.
Kapitan Bənövşə elə macəraya atılır ki, artıq geri dönüş yoxdur. Bakının adi bir mənzilindən kainatın ənginliklərinə uzanan səyahət! Missiya: Balaca Şahzadənin əmanətini qaytarmaq! Yol isə Düz Dünya adlanan müəmmalı asteroiddən keçir. Burada eynilik hökm sürsə də, bərabərlik yoxdur. Düz Dünyada nələrsə düz getmir.
Kapitan Bənövşə qəribə varlıqlarla, gizli təhlükələrlə rastlaşmağa, heyrətamiz kəşflərə hazırdır. Ancaq ən böyük sınaq qorxularınla üz-üzə qalmaqdır.
Əziz oxucu, sən bu kitabda əzmin nə olduğunu görəcək, dostluğun və inamın gücünü hiss edəcəksən.
Əgər sirləri açmağı xoşlayır, gecələr səmaya baxanda xəyal qurursansa, deməli, macəra səni səsləyir.
- 220 səhifə
- Yaş Kateqoriyası: 6+
- Bərk üz qabığı
- Ölçü: 150x220
- ISBN: 9789952599978
- Qiymət : 13.90 AZN
-
Müəllif:
Əşrəf Ərən