TEZLİKLƏ
Pəri nənə
Pəri nənə ənənəvi nağıllarda tanıdığımız cadugərlərdən deyil.
Zamanı geri qaytarmağı, palıd qozalarını qızıl sikkələrə döndərməyi, hətta özünü milçəyə çevirməyi bacaran bu müasir Pəri nənə sehrləri ilə Qraydovek kəndinin sakinlərinin həyatını dəyişir, bəzən onları çətin vəziyyətdən çıxarır, bəzən də gözlənilməz macəralara salır. Onun sevimli dostu Bernadetta isə bu sehrli dünyanın ən maraqlı hadisələrinin mərkəzində dayanır. Burada sehrli daşlar, danışan heyvanlar, uçan buludlar, qəribə bitkilər və əlbəttə ki, Lixo var. Hər səhifədə gülməli bir hadisə, gözlənilməz bir sehr və ürəkaçan bir sürpriz sizi gözləyir.
Çünki Pəri nənənin dünyasında adi bir gün belə möcüzəyə çevrilə bilər!
- 120 səhifə
- Yaş Kateqoriyası: 8 yaşından yuxarı
- Bərk üz qabığı
- Ölçü: 170x205
- ISBN: 9789952599626
- Qiymət : 9.90 AZN
-
Müəllif:
Yustina Bednarek
-
İllüstrator:
Daniel de Latur