TEZLİKLƏ
Neymar
Üsyankar və çılğın Neymar da Silva Santos Junior isti və bürkülü avqust günündə hamını heyrətləndirən addım atdı. Bu addım hətta futbola nifrət edənləri belə təəccübləndirdi: o, 222 milyon avro müqabilində “Paris Sen-Jermen” futbol klubuna transfer oldu. Bəli, bəli, səhv eşitmədiniz, düz 222 milyon avro! Bu, futbol tarixində transfer üçün ödənilmiş rekord məbləğdir. Hər kəsi düşündürən bir sual var idi: Neymar “Barselona”dan niyə ayrıldı? Messiyə görə? Yoxsa yeni bir macəra axtarırdı? Bəlkə də, vergidən yayındığı ilə bağlı iddialar onu bu addımı atmağa vadar etdi? 2003-cü ildə “Santos” klubunun aşağı yaş qrupunda başlayan bir karyera... 2009-cu ildə əsas komandaya keçid...
Qısa, lakin ibrətamiz və nəfəs kəsən bir həyat yolu...
- 168 səhifə
- Yaş Kateqoriyası: Universal
- Yumşaq üz qabığı
- Ölçü: 126x190
- ISBN: 9789952599725
- Qiymət : 6.90 AZN
-
Müəllif:
Murad Aksoy