Bizim Sara. Oyun dünyası
Siz də yelləncəkdə yellənəndə pambıq kimi yumşaq, ağappaq buludlara toxunursunuz? Siz də buludları dovşan, zürafə, panda kimi görürsünüz? Sizin də sevimli heyvanınız zürafədir? Onda bu kitab, əsl sizin kitabınızdır! Əziz balalar, sizi macəraçı Saranın xəyallar şəhərciyinə dəvət edirik! Sara hər şeylə maraqlanan, öz xəyal dünyası olan balaca dəcəl qızdır. Bu dünyada daha nələr yoxdur? Balaca qum şəhərcik, brokoli ağaclar, şüşə qapaqlarından düzəldilmiş velosipedlər, hətta içində balıqlar üzən göl! Sara öz otağını musiqili və rəngarəng muzeyə çevirir, qumdan xəyallarındakı şəhəri düzəldir. Amma rəfiqəsi Zəhra ilə oynamağı və sevimli zürafəsinə baxmaq üçün zooparka getməyi də unutmur. Xəyalpərəst Saranın rəngarəng oyun dünyasına xoş gəlmisiniz!
- 92 səhifə
- Yaş Kateqoriyası: Universal
- Yumşaq üz qabığı
- ISBN: 9789952599879
- Qiymət : 9.90 AZN
-
Müəllif:
Nigar Şabanova
-
İllüstrator:
Zəminə Quliyeva