Səbət
0
Ara toplam: 0.00 ₼

Sonuncu insan

TEZLİKLƏ
Books Icon

Sonuncu insan

Qaydalara sorğu-sualsız əməl edən robot, sağ qalmış insan və hər şeyi dəyişən səyahət…

Çox da uzaq görünməyən gələcəkdə robotlar insan cəmiyyətini yer üzündən silərək öz sivilizasiyalarını qururlar. On iki yaşlı robot XR_935 bu gedişatdan çox məmnundur. İnsanların olmadığı dünyada nə müharibə, nə ekoloji çirklənmə, nə də cinayət var. Robot cəmiyyətinin hər bir üzvünün öz məqsədi var və həyat öz axarı ilə davam edir. Lakin bir gün robot XR inanılmaz bir sürprizlə qarşılaşır. Ema adlı kiçik qıza rast gələnə qədər XR hesab edirdi ki, insanlar təhlükəlidir və dünya onlar olmadan daha gözəldir. Amma Ema təhlükəli görünmürdü – o qorxurdu və köməyə ehtiyacı vardı.

İndi XR və başqa iki robot Emanı xəritədəki sirli nöqtəyə sağ-salamat çatdırmaq üçün təhlükəli səyahətə çıxmalıdırlar. Bəs sərt qaydaların mövcud olduğu və insanlar üçün əlverişsiz dünyada onlar necə sağ qalacaqlar?

Bu kitab ilk dəfə 2019-cu ildə ABŞ-də “Abrams” nəşriyyatının “Amulet Books” markası altında “The Last Human” adı ilə nəşr olunub. Robotların işğal etdiyi bir dünyada sonuncu insanın mübarizəsindən bəhs olunan kitab “Amulet Books” nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat Evində tərcümə edilərək çapa hazırlanıb.

  • 276 səhifə
  • Yaş Kateqoriyası: Universal
  • Yumşaq üz qabığı
  • Ölçü: 140x210
  • ISBN: 9789952599749
  • Qiymət : 9.90 AZN
  • Müəllif: Li Bekon
9.90