Səbət
Ara toplam: 0.00 ₼

Cek Templer və Vampirlərin Lordu (Templer seriyasından üçüncü kitab)

TEZLİKLƏ
Books Icon

Cek Templer və Vampirlərin Lordu (Templer seriyasından üçüncü kitab)
İngilis dilindən tərcümə

Cek Templer Əcinnə Ovçusu Akademiyasında cin ordusunu məğlub edib, qədim qulyabanını xilas edəndən və alov püskürən iki əjdahanı öldürəndən sonra istirahət edəcəyinə ümid edir. Ancaq onun belə imkanı yoxdur.
O, Templer seriyasındakı üçüncü macərası zamanı öz əcdadlarının - Templer cəngavərlərinin əldə etdiyi və güc mənbəyi olan 5 sirli Qüds daşını tapmaq üçün səyahətə çıxır. Atasını girov saxlayıb bəşəriyyətə qarşı müharibəyə hazırlaşan Qaranlıq lordu Ren Lukreni məğlub etmək yalnız bu daşların bir yerdə olacağı təqdirdə mümkündür.
Hər daş 5 müxtəlif Kreç lordundadır. Onları əldə etmək elə də asan olmayacaq. Ceklə dostları axtarışlara güclü və dəhşətli Vampirlərin lordundan başlayırlar. Dünyanın taleyi Cekin əlindədir. O, bu dəfə çox çətin sınaqdan keçməlidir.
Bu təhlükəli səyahətdə Cek Templerə qoşul. Amma unutma ki, bu, səni həmin dünyanın sakininə çevirir. Əgər Kreçlərlə müharibəyə və əcinnə ovçularının devizi ilə yaşamağa hazırsansa, kitabı oxu.
Çünki sağ qalmağın üçün...
Nə olursa-olsun, borcunu yerinə yetirməlisən!

  • Yaş Kateqoriyası: 14 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 280 səhifə
  • Azərbaycan dilində birinci nəşri
  • Əlavə: İngilis dilindən tərcümə
  • ISBN: 9789952510386
  • Qiymət : 9.80 AZN
  • Müəllif: Ceff Qunhus
  • İllüstrator: Erik Qunhus
9.80