Səbət
Ara toplam: 0.00 ₼

Müdrik adamın seçimi

TEZLİKLƏ
Books Icon

Müdrik adamın seçimi

Bu kitab ilk dəfə İspaniyada 2010-cu ildə “Gemser” nəşriyyatı tərəfindən “The Path of the Wise Man” adı ilə nəşr olunub. Aleks Kabrera və Rosa M. Kurtonun müəllifi olduğu “Müdrik adamın seçimi” əsəri müdriklər müdrikinin şagirdi olmaq üçün bir-biri ilə yarışan üç uşağın məbədə doğru gedən yolda üzləşdiyi çətinliyin öhdəsindən birgə gəlməyi və müdrik Orakulun verdiyi son qərar haqqındadır.

Üç ayrı-ayrı kənddə yaşayan üç uşaq Orakulun məbədinə çatıb müdriklər müdrikinin bütün biliklərinə yiyələnmək uğrunda yarışmalıydı. Hər bir kəndin sakinləri öz balaca qəhrəmanlarına ən yaxşı bacarıqları öyrədirdilər ki, o, digər iki uşaqdan üstün olsun. Orakulun məbədinə doğru gedən üç uşaq elə yoldaca ilk dərslərini alır.  
Məlum olur ki, onların bacarıqları güclərini birləşdirdikləri halda daha dəyərlidir.  Bəs müdrik adam birgə sınaqdan keçən uşaqlardan hansını seçəcək? 

Hekayə Uşaq Hüquqları Bəyannaməsinin birinci prinsipinə əsaslanır: bu hüquqlar heç bir fərq və ya ayrı-seçkilik qoyulmadan bütün uşaqlara verilməlidir. 

  • 36 səhifə
  • Yaş Kateqoriyası: Universal
  • Bərk üz qabığı
  • Ölçü: 240x240
  • ISBN: 9789952573688
  • Qiymət : 7.90 AZN
  • Müəllif: Aleks Kabrera
    Rosa M. Kurto
7.90