Səbət
0
Ara toplam: 0.00 ₼

Kelta və göydən düşən Ay

TEZLİKLƏ
Books Icon

Kelta və göydən düşən Ay

Bu kitab Ukraynalı müəllif Viktoriya İver tərəfindən yazılıb və kitabın illüstrasiyalarını da müəllif özü çəkib. Üç yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş bu kitabın mövzusu hər bir insanın bu həyatda dəyərini vurğulayır. İlk dəfə 2023-cü ildə Ukraynada “Vivat” nəşriyyatı tərəfindən “Кельта і Місяць, що впав ” adı ilə nəşr olunub.

Kelta iki balaca siçovulu ilə birlikdə Köhnə mayakın yanında yerləşən Balaca evdə yaşayır. Qızcığaz hər axşam böyük kresloda oturub sevimli uzunquyruqlarına nağıl oxuyur. Amma bir gün… kitabı kənara qoymalı olur…

Ay göydəki işlərini atıb yerə düşüb! Aya elə gəlirdi ki, o mənasız işlə məşğuldur və bunun heç kimə bir faydası yoxdur. Kelta isə Ayın səhv etdiyini sübut etmək üçün onunla birlikdə səyahətə çıxmağı qərara alır. Həssas və səmimi hissləri əks etdirən bu hekayə oxucularda özünəinamın vacibliyini formalaşdırır və dünyada hər kəsin öz yeri və öz dəyəri olduğunu vurğulayır.

 

  • 56 səhifə
  • Yaş Kateqoriyası: 6 yaşdan yuxarı
  • Yumşaq üz qabığı
  • Ölçü: 200x230
  • ISBN: 9789952573725
  • Qiymət : 6.90 AZN
  • Müəllif: Viktoriya İver
6.90
Onlayn sifariş
5.52
-20%
Arrow
E-kitab
5.00
Səbətə at