İbrahim və oğlu Bəxtiyarın sərgüzəştləri
“...Xışın dəstəyindən möhkəm yapışan İbrahim bədəninin bütün ağırlığını xışın üstünə saldı. Xışın ucu torpağın altında nəyə isə ilişib öküzləri dayandırdı. Xışın torpağın altında paslanmış bir dəmir halqaya ilişdiyini görən İbrahim xışı halqadan çıxardı. Maraqlanıb halqanın dibini torpaqdan təmizlədi, halqa iri, yastı bir daşa bənd olmuşdu. İbrahim halqadan yapışıb daşı nə qədər dartdısa da, yerindən tərpədə bilmədi. O, ayaqlarını yerə dirəyib halqanı bu dəfə var gücü ilə dartdı, daş bir az yerindən oynadı. Uzanıb daşı qucaqlayaraq bir neçə dəfə də o yan-bu yana tərpətdikdən sonra çiyni ilə yana itələdi.
Daşın altından insan bədəni keçə biləcək bir yarıq açılmışdı. İbrahim təəccüblə deşikdən içəri baxdı. Ehtiyatla yerin altındakı zirzəmiyə enməyə başlar-başlamaz içəridən qəribə səslər eşidildi: “İbrahim, dayan!”, “İbrahim, gəlmə!”, “İbrahim, qayıt!” Sonra səslər titrək qaqqıltılı əks-sədalarla əvəz olundu: “İbrahim, daya-a-a-a-an! İbrahim, gəl-mə-ə-ə!” İbrahim ani tərəddüddən sonra pillələri endi, heyrətindən quruyub qaldı: qarşısında hədsiz-hesabsız...”
Artıq “İbrahim orada nə gördü”, “nələrlə qarşılaşdı”, “başına nələr gəldi” – bütün bunları təfsilatı ilə bilmək üçün kitabı vərəqləmək lazım gələcək...
- 292 səhifə
- Yaş Kateqoriyası: 12+
- Yumşaq üz qabığı
- Ölçü: 126x190
- ISBN: 9789952573923
- Qiymət : 8.90 AZN
-
Müəllif:
Əlisəttar Atakişiyev