Balaca şahzadə Sara
Romanın qəhrəmanı balaca Sara Hindistanda doğulub-böyüyüb. Bir gün kapitan Kryu qızı Saranı Londona gətirir və onu qızlar üçün xüsusi seminariyaya yazdırır. Sara əsl şahzadə kimi böyüdülüb, onun üçün ən bahalı paltarlar, ən gözəl gəlinciklər alınıb, bütün arzuları və istəkləri sorğu-sualsız yerinə yetirilib.
Lakin atasının ölümü ilə hər şey dəyişir və Sara həyatın digər üzünü görməli olur. O artıq seminariyanın ən varlı, ən hörmətli şagirdi yox, qulluqçusudur. Ancaq Sara əsla öz əsilzadəliyini unutmur və bu sınaqlardan alnıaçıq çıxır.
Bir gün isə inandığı sehr həqiqətə dönür...
“Balaca şahzadə Sara” romanı ABŞ-də məktəblilərə məsləhət görülən 100 təməl əsərdən biridir. 2009-cu ildə isə Hilari Makkeyin “Balaca şahzadə Sara”nın davamı kimi yazdığı “Sabah üçün ümid” (“Wishing For Tomorrow”) romanı işıq üzü görüb. Makkeyin romanında qızlar seminariyasının digər şagirdlərindən bəhs edilir.
- Yaş Kateqoriyası: 12+
- Yumşaq üz qabığı
- Ölçü: 126x190
- ISBN: 9789952563887
- Qiymət : 9.90 AZN
-
Müəllif:
Frensis Hodqson Bernet