Səbət
Ara toplam: 0.00 ₼

Qaraca qız

TEZLİKLƏ
Books Icon

Qaraca qız

Maarifpərvər ədib Süleyman Sani Axundovun məktəbə, elmə və təhsilə çağıran əsərlərinin əsas, nümunəvi qəhrəmanları müəllimlərlə maarifçilər, xeyirxah ziyalılarla nəcib tələbələr, məsum uşaqlarla müdrik qocalar olmuşdur. Süleyman Sani olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad müəllim idi. "Qaraca qız" kitabında özünün yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dərin hörmətini qazanmış, geniş psixoloji, pedaqoji biliyə malik ədibin "Qorxulu nağıllar"ı və "Uşaqlıq həyatımdan xatirələr"i toplanıb.
"Süleyman Sani öz kitablarını məktəblilərə hədiyyə verərdi. O bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı. Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. İftixarla deyirəm ki, məndə ədəbiyyata böyük məhəbbət oyadan ilk müəllimim Süleyman Sani Axundov olmuşdur",
- Süleyman Rüstəm, Xalq şairi
"Süleyman Sani Axundov, hər şeydən əvvəl, bir müəllim idi. Onun bədii yaradıcılığı da öz ilhamını bu
müəllimlikdən alırdı",
- akademik Məmməd Arif

  • Yaş Kateqoriyası: 10 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 272 (ağ-qara) səhifə
  • Ölçü: 126x190mm
  • ISBN: 9789952311624
  • Qiymət : 6.50 AZN
  • Müəllif: Süleyman Sani Axundov
  • İllüstrator: Vəfa Allahyarova
6.50