Səbət
0
Ara toplam: 0.00 ₼

“Banin. Narazı kirpi” kitabının oxunuşu ilə ilk nağıl saatı baş tutub

01.02.2026

LIBRAFF balaca oxucularını və izləyicilərini sevindirərək “Nağıl saatı”nın ilk tədbirini keçirib. "Nağıl saatı" uşaqlar üçün xoş xatirələrlə yadda qaldı. İlk nağıl saatında oxunuş üçün 3 alma nəşriyyatının ən gözəl əsərlərindən olan "Banin. Narazı Kirpi" kitabı seçilib.
Sevimli nağılçı Şəbnəm Həsənəlizadə uşaqlara “Banin. Narazı kirpi” nağılını səsləndirib. Uşaqlar diqqətlə nağıla qulaq asıb maraqlı nağılçının maraqlı suallarını cavabladılar. 
Həmçinin, əsərin müəllifi Arzu Cəfərova da oxucularla görüşüb onlarla maraqlı viktorina keçirdi. Aktiv iştirak edən uşaqlar Arzu xanımdan hədiyyələr qazandılar.
Sonda iştirakçılar kitabda olan illustrasiyaların ağ-qara versiyasını da rənglədilər, maraqlı master klass həm valideynlər, həm də uşaqlarçün xoş tərcübə oldu.