Səbət
Ara toplam: 0.00 ₼

Uşaqlar üçün şəhidlər haqqında yeni kitab çap olunub

02.06.2021

Yeni əsərlərdən biri də bu günlərdə işıq üzü görüb. Söhbət TEAS Press Nəşriyyat evinin çap etdiyi və uşaqlar üçün nəzərdə tutulan “Xarıbülbülün nağılı” kitabından gedir. Kitab heç vaxt unudulmayacaq müqəddəs Vətən müharibəsi şəhidlərinə ithaf olunub. Aybəniz İsmayılovanın müəllif olduğu kitabda Şuşanın rəmzi sayılan və 44 günlük Vətən müharibəsindən sonra qələbəmizin rəmzinə çevrilən xarıbülbülün əfsanəsi yenidən canlandırılıb, bu əfsanə Vətən müharibəsi ilə əlaqələndirilib. İllüstrasiyaların müəllifi isə Aida Əmirovadır. Ümid edirik ki, uşaqlar illüstrasiyalarla zəngin “Xarıbülbülün nağılı”nı böyük maraq və həvəslə oxuyacaqlar.

“Xarıbülbülün nağılı”nı əldə etmək istəyənlər ölkədəki bütün kitab mağazalarına müraciət edə və ya bu nömrə ilə əlaqə saxlaya bilərlər: (+994) 50 290 49 03